Əsas Səhifə > Güney Press > Yoldan bank kartı tapdı:
Yoldan bank kartı tapdı:Bu gün, 16:14 |
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzində mağazalardan birində satıcı işləyən şəxs oğurluq etdiyinə görə həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 2003-cü il təvəllüdlü D.F.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İttihama əsasən, "28 Mall"da satıcı işləyən D.F. yolda banklardan birinə məxsus, Z.S. adlı şəxsə aid bank kartı tapıb. O, həmin kartdan istifadə edərək "New Yorker" mağazasından iki köynək və bir ədəd şalvar, başqa bir mağazadan isə bir jaket və bir köynək, həmçinin "Guliyevs Wear” mağazasından bir cüt ayaqqabı alıb. Bundan əlavə, o, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən "Tantuni" kafesində 14 manat 50 qəpik məbləğində alış-veriş edib. Nəticədə zərərçəkmişə ümumilikdə 455 manat 32 qəpik məbləğində maddi ziyan dəyib.
Məhkəmənin qərarına əsasən, D.F.-yə 27 may 2025-ci ildən 29 may 2025-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Geri qayıt |