Əsas Səhifə > Güney Press > Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi:

Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi:


Dünən, 10:37

İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Zəngəzur dəhlizini təklif etməklə, bəzi dövlətlərin qeyri-qanuni məqsədləri barədə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, o, tvitində qeyd edib:

“Bir daha öz maraqlarına dayaqlanıb regiona biganə olan bəzi dövlətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərə nail olmaq üçün hər qapını döyürlər. pizza

Sizə xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəyən istənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”.


Geri qayıt