Əsas Səhifə > Güney Press > “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar:
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar:Bu gün, 17:38 |
“Ermənistanı sığortalamaq üçün bu hərbi təlimləri sülhməramlı adı altında keçirirlər” Ermənistan ordusu ilə ABŞ ordusunun birgə hərbi təlimlərini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, bu addım İran və Rusiyanı qıcıqlandıracaq. Məhərrəmov vurğulayıb ki, Ermənistan faktiki olaraq Rusiyadan uzaqlaşır, KTMT-də fəaliyyətini dayandırıb və həm Avropa İttifaqını, həm də ABŞ-ni öz ərazisinə dəvət edib. Ermənistan ərazisində Rusiyanın hərbi bazasının mövcudluğuna baxmayaraq, Rusiyanın təzyiqlərinin artacağı gözlənilir. O qeyd edib ki, 12 günlük İsrail-İran toqquşmasından sonra məlum olub ki, Ermənistan ərazisindən Qərb ölkələri İrana qarşı kəşfiyyat işləri aparıb ki, bu da İranı narahat edir.
Geri qayıt |