Əsas Səhifə > Güney Press > AZAL Türkmənistana çarter reysi təşkil edəcək
AZAL Türkmənistana çarter reysi təşkil edəcəkBu gün, 17:06 |
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, tenderin nəticələrinə əsasən, “Azərbaycan Hava Yolları” QSC (VÖEN – 9900000831) qalib elan edilib. Tender Türkmənistanın Türkmənbaşı şəhərində baş tutacaq BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III Konfransı (LLDC3) çərçivəsində Azərbaycan Milli Günlərinin təşkili ilə bağlı həyata keçirilib. Müqaviləyə əsasən, AZAL Bakı – Türkmənbaşı – Bakı marşrutu üzrə çarter reysi xidməti göstərəcək. Qalib şirkətlə 103 020 manat dəyərində müqavilə imzalanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 823.974.470 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Samir Rzayev Musa oğludur. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 11 ünvanında yerləşir. Xatırladaq ki, LLDC3 BMT-nin təşəbbüsü ilə keçirilən və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin iqtisadi imkanlarının gücləndirilməsinə yönəlmiş beynəlxalq tədbirdir. Geri qayıt |