Əsas Səhifə > Güney Press > Ermənistanda beynəlxalq investisiya dələduzluğu
Ermənistanda beynəlxalq investisiya dələduzluğuBu gün, 15:07 |
Ermənistan İstintaq Komitəsi 2021-ci ilin oktyabrında yaradılmış cinayətkar təşkilatın 2021–2023-cü illər ərzində 810 milyon dramdan çox (təxminən 2 milyon 150 min dollar) vəsait mənimsədiyini açıqlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, S.X. adlı şəxsin azı 144 nəfərlə, o cümlədən bir sıra yetkinlik yaşına çatmayan şəxslə birlikdə saxta investisiya saytları və identifikasiya platformaları yaradaraq insanları aldatmaqla onların pullarını ələ keçirdiyi məlum olub. Dələduzluq yolu ilə aldadılanların sayı 1400-dən çox olub və onlar müxtəlif ölkələrin vətəndaşlarıdır. İttihama görə, cinayətkar qrupun idarə etdiyi sistem üzərindən vəsaitlər əvvəlcədən hazırlanmış hesablara köçürülüb. Geri qayıt |