Əsas Səhifə > Güney Press > SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA:

SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA:


Bu gün, 12:33

İranın Şərqi Azərbaycan vilayəti üzrə SEPAH nümayəndəsi Höccətülislam Əbdülrəhim Nəcəfqolizadə Saraei qalmaqallı bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, o, İsrailin Azərbaycan ərazisində – Xudafərin rayonunda, Aşəloğlu kəndinin qarşısında yerləşən ərazidə böyük hava limanı inşa etdiyini və oradan Təl-Əviv istiqamətində gündəlik uçuşların həyata keçirildiyini iddia edib.

O bildirib ki, ərazi İran sərhədindən cəmi 17 km aralıdadır.

Bu açıqlama İran mediasında, o cümlədən “Tasnim” agentliyi vasitəsilə yayılıb. Lakin açıq mənbələrdə və beynəlxalq mediada bu iddianı təsdiqləyən hər hansı rəsmi və ya vizual sübut mövcud deyil.

Hər zaman olduğu kimi, SEPAH və İran mediası yenə də əsasız iddialar üzərindən Azərbaycana qarşı informasiya savaşı aparmaqda davam edir.


Geri qayıt