Əsas Səhifə > Güney Press > ABŞ ordusu Cənubi Qafqazda:

ABŞ ordusu Cənubi Qafqazda:


Bu gün, 12:19

ABŞ ordusu Cənubi Qafqaza gəlir. Belə ki, ABŞ Ermənistanla hərbi təlimlər keçirəcək. Rusiya ilə münasibətləri tənzimləmək istəyən İrəvanın bu addımı İranın da narahatlığına səbəb ola bilər. ABŞ və Avropanın maraqlarını təmsil edən Paşinyan hökümətinin hansı planları var? Bəs bu təlimlərin Azərbaycana hansı təsirləri olacaq?
Bu barədə Moderator.az-a açıqlama verən politoloq Xaqani Cəfərli bildirib ki, avqustun 12-20 tarixlərində Ermənistanda “Eagle Partner – 20255” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Onun sözlərinə görə, təlimlərdə əsas məqsədin sülhməramlı əməliyyatlarda iştirak edən bölüklərin birgə fəaliyyətinin təşkili, idarəetmə və taktiki kommunikasiya sahəsində təcrübə mübadiləsi, eləcə də Ermənistanın sülhməramlılarının hazırlıq səviyyəsinin artırılması olduğu açıqlansa da, əslində ABŞ-ın bölgə ölkələri əməkdaşlığını, xssusilə hərbi sahədə artırmağa çalışdığı göz önündədir:
“Çünki, yenicə keçirilmiş NATO-Gürcüstan çoxmillətli “Agile Spirit” hərbi təlimi bunun sübutudur. “Agile Spirit 2025” regionun iki ölkəsində - Gürcüstan və Türkiyədə Gürcüstan, ABŞ və Türkiyə müdafiə qüvvələrinin nümayəndələri ilə yanaşı, daha səkkiz ölkənin hərbi qulluqçuları ilə keçirilib. Azərbaycan hərbçiləri də təlimlərdə müşahidəçi qismində iştirak ediblər.
Bütün bu təlimlər bölgənin gələcəyinin müəyyən olunmasına təsir etdiyi üçün Azərbayacana təsir edir. Azərbaycanın strateji müttəfiqi Türkiyənin də bu proseslərdə yer alması Bakının maraqlarının qorunması və ifadə olunması üçün əlavə imkanlar yaradır.
Rusiya və İranın bütün bunlara qarşı olsa da, bu prosesin qarşısını almaq gücləri daxilində deyil. Ukraynada ağır hərbi-siyasi uğursuzluğa düçar olmuş Rusiyanın, İsrailin hərbi zərbələrindən sonra önəmli ölçüdə zəifləmiş İranın ABŞ və NATO-ya qarşı dayanmaq gücü yoxdur. Buna görə yaxın gələcəkdə bölgədə ABŞ və NATO-nun mövqeyinin güclənəcəyi ehtimalı həddindən artıq yüksəkdir”.

Geri qayıt