Əsas Səhifə > Güney Press > Tərtərdə silahla insident törədən qazi həbs edilib
Tərtərdə silahla insident törədən qazi həbs edilibBu gün, 05:34 |
DİN-in Mətbuat Xidmətindən "DİA-AZ"a bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb. Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Geri qayıt |