Əsas Səhifə > Güney Press > İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq

İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq


Dünən, 11:41

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir sıra təmir və bərpa işləri ilə bağlı hazırlıqlara başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, İdarə bu istiqamətdə Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan “Atelier Erich Pummer GmbH” ​şirkəti ilə iki yeni müqavilə bağlayıb.

Müqavilələrdə Qala divarlarının və Buxara karvansarasının təmiri və bərpası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bağlanılmış müqaviləyə əsasən, təmir və bərpa işləri 4 milyon 147 min manata başa gələcək.

Qeyd edək ki, “Atelier Erich Pummer GmbH” ​ şirkəti 2010-cu ildən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir.


Geri qayıt