Əsas Səhifə > Güney Press > “Bərəkət” ASC-nin rəhbərliyi seçilir
“Bərəkət” ASC-nin rəhbərliyi seçilirDünən, 09:40 |
11 sentyabr 2025-ci il, saat 11.00-da “Bərəkət” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. FED.az xəbər verir ki, yığıncaq Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq. İclasın gündəliyində aşağıdakı məsələlər durur: 1. Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı; 2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi; 3. Cəmiyyətin Ümumi yığıncağ, Müşahidə Şurası, İcra orqanı və təftiş komissiyası haqqında Əsasnamələrin təsdiqi; 4. Cəmiyyətin Müşahidə şurasının, icra orqanının və təftiş komissiyasının (müfəttişin) seçilməsi; 5. Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi məsələsinin müzakirəsi; 6. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ü mumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050) 366-05-06 Geri qayıt |