Əsas Səhifə > Güney Press / Ana xəbər > "Aqrarkredit" BOKT-a sözçü təyin olunub
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub29-07-2025, 16:43 |
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatında (BOKT) İctimaiyyətlə əlaqələr şöbəsi yaradılaraq ona müdir təyin edilib. Qurumdan "DİA-AZ"a verilən məlumata görə, bu vəzifə Samir Mansurova həvalə olunub. O, indiyə qədər BOKT-un İdarə Heyəti sədrinin köməkçisi olub. "Aqrarkredit” Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli sərəncamı ilə yaradılıb və Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir. “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” ölkə Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit”in səhmdarı olaraq çıxış edir. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir. Geri qayıt |