Əsas Səhifə > Güney Press > Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir
Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirirBu gün, 00:30 |
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin birinci vitse-spikeri Ruben Rubinyan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama verib. O, İspaniya nəşrinin “Tramp körpüsü” adlandırdığı Zəngəzur dəhlizi (Sünik marşrutu) barədə danışaraq, ABŞ tərəfindən təklif olunan variantın İrəvan tərəfindən rədd edilmədiyini bildirib. Rubinyan Factor TV-yə verdiyi müsahibədə qeyd edib ki, Ermənistan bu təklifləri rədd etmir, lakin yalnız öz qanunvericiliyinə uyğun olan təşəbbüsləri nəzərdən keçirir: “Biz yalnız Ermənistan Respublikasının qanunlarına uyğun olan təkliflərə baxırıq. Media məkanında bu məsələ ilə bağlı çoxlu manipulyasiya aparılır.” Erməni rəsmisi “Azadlıq Radiosu” və “Russia Today” kimi media qurumlarını xüsusilə qeyd edərək, onların bu məsələdəki təqdimatlarının manipulyativ xarakter daşıdığını deyib və ictimaiyyəti yayılan məlumatlara tənqidi yanaşmağa çağırıb. Rubinyan eyni zamanda Azərbaycanla sülh sazişinin imzalanmasında baş verən ləngiməyə də münasibət bildirib. O iddia edib ki, bu ləngimənin səbəbi Bakının siyasi iradə göstərməməsidir: “Ermənistan artıq bütün mümkün narahatlıqlara cavab verib və öz tərəfindən bütün addımları atıb.” Qeyd edək ki, bu bəyanat Ermənistanın Zəngəzur dəhlizinə dair beynəlxalq təkliflərə münasibətində dəyişikliklər baş verdiyindən xəbər verə bilər. “Tramp körpüsü” ifadəsi ilə gündəmə gələn dəhliz layihəsi Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır, Ermənistan isə onu hələlik öz qanunvericiliyinə uyğun şəkildə dəyərləndirməyə çalışdığını bildirir. Geri qayıt |