Əsas Səhifə > Güney Press > Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilibDünən, 17:59 |
İstanbul Universiteti İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun magistr dərəcəsini və diplomunu ləğv edib. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb. Qərara səbəb olaraq “bakalavr təhsili” tələbini yerinə yetirməməsi və tələbə statusu üçün “şərtlərdə çatışmazlıq” olması göstərilib. Geri qayıt |