Əsas Səhifə > Güney Press > Xəzər dənizi üzərində TƏHLÜKƏ SİQNALI

Xəzər dənizi üzərində TƏHLÜKƏ SİQNALI


Bu gün, 05:57

"Embraer 190" sərnişin təyyarəsi qəza siqnalından sonra Mahaçqala hava limanına məcburi eniş edib.

Publika.az xəbər verir ki, bu barədə aviasiya xidmətlərindən "İnterfaks" məlumat verilib.

"Təyyarə Moskva vaxtı ilə saat 00:45-də eniş edib", - agentliyin mənbələri aydınlıq gətirib.

Qeyd edilib ki, təyyarədə İjevskdən uçan sərnişinlər olub.

"Təhlükə siqnalı Xəzər dənizi üzərində uçuş zamanı göndərilib. Ekipaj fövqəladə hallar üçün təlimatlara uyğun hərəkət edib", - məlumatda qeyd edilib.


Geri qayıt