Əsas Səhifə > Güney Press > FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı
FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatıBu gün, 16:40 |
Ağcabədi rayonunda baş verən qəzanın təfərrüatı məlum olub. Qəzada ölən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olub. Qəzanın əsas səbəbkarı məlum olub. Musavat.com-un xəbərinə görə, hadisə ötən ilin sentyabrında Ağcabədi rayonunun Poladlı kəndində baş verib. Mahir Şükürzadənin idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşıdan gələn Nüsrət Mehtiyevin idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən M.Şükürzadənin həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı dünyasını dəyişən Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışırmış. Mərhum nişanlı olub və yaxınlarda toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıb. Qəza hadisəsi də Mahirin nənəsinin 7 mərasimində baş verib. Həmin gün Mahirin babasının səhhəti pisləşib. Mahir həkim gətirmək üçün maşınla evdən çıxıb. Bir neçə dəqiqə sonra onun qəzaya düşməsi ilə bağlı ailəsinə məlumat verilib. Qeyd edək ki, hadisədən sonra qəzanın baş verməsinə səbəb kimi Mahir göstərilirdi. Lakin istintaq zamanı məlum olub ki, qəzanın baş verməsinə səbəb “Tofaş” markalı maşının sürücüsü Nüsrət olub. Nüsrət avtomobili idarə edən zaman sürücülük vəsiqəsi də olmayıb. Nüsrət əməlindən peşman olduğunu deyib. Lakin o, mərhumun ailə üzvləri ilə barışıq əldə edə biıməyib. Məhkəmədə ifadə verən mərhumun ailə üzvləri və hüquqi varisi Nüsrəti bağışlamadıqlarını, ona cəza verilməsini istəyiblər. Mərhum Mahirin anası ifadə verən zaman deyib ki, qəzanı görən şahidlərdən biri ona deyib ki, hadisədən sonra Nüsrət maşından düşərək gülürmüş. Buna görə də onu heç vaxt bağışlamayacaq. Məhkəmənin hökmü ilə Nüsrət Mehtiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |