Əsas Səhifə > Güney Press > Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir

Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir


Dünən, 12:53

Xəbər verdiyimiz kimi, zərərçəkən jurnalist Yeganə Telmanqızı redaksiyamıza müraciət edərək hüquqşünas tərəfindən aldadıldığını bildirmişdi.

Yeganə xanım Gununsesi.info-ya danışaraq bildirib ki, onu aldadan hüquqşünasın atası prokuror Abusəməd Səmədov tərəfindən təhdid edilir, alçaldılır:

“Mənə “sms” səslər ataraq təhdid edir. Deyir ki, yetim qızsan, kimin var ki? Himayəndə də 2 yetim uşaq var. Oğlunla birlikdə 3 yetim saxlayırsan. Sən “vabşe” kimsən?”

Qeyd edək ki, Yeganə xanımın bacısı mart ayında rəhmətə gedib. Uşaqların hər iki valideyni yoxdur. Yeganə xanım bacısının 2 övladını himayəyə götürüb.


Geri qayıt