Əsas Səhifə > Güney Press > Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir?

Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir?


Dünən, 06:26

Ən pis hal odur ki, gündəliyi əsasən Nikol Paşinyan müəyyənləşdirir, halbuki biz elə etməliyik ki, gündəliyi müxalifət sektoru formalaşdırsın.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan danışıb.

“O, kilsə barədə danışanda, din xadimlərini mənəvi baxımdan aşağılamağa başlayanda biz buna qarşı sualla cavab verməliyik: bəs sənin dostun (yəni Anna Akopyan) kimin hesabına yaşayır?

İndi isə o, guya belə deyir: biz 90-cı illərdə evlənmədik, çünki nəsə əlimizdən ala bilərdilər. Birincisi, 90-cı illərdə onun maddi vəziyyəti evsiz bir insan səviyyəsində idi, yəni əlindən ala biləcəkləri bir şey yox idi. İkincisi, o, 90-cı illərin hakimiyyət dairələri ilə — birinci prezidentin ətrafı ilə — çox yaxın əlaqələrə malik idi; sonradan bu dairələrin tənqidçisinə çevrildi. Üçüncüsü, ona sual vermək lazımdır: yaxşı, deyək ki, mülkiyyətinizi əlinizdən alacaqlarından qorxduğun üçün rəsmi şəkildə evlənmədin, bəs əgər sən Ermənistan Apostol Kilsəsinin davamçısısansa, niyə kilsədə kəbin kəsdirmədin? Əgər kəbin olsaydı, sonradan kiminsə sizə qarşı iddiası olsaydı belə, əmlak məsələsində heç bir problem yaşanmazdı,” – deyə Tevanyan bildirib.

O, əlavə edib ki, Paşinyan izah etməlidir: Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı hüquqi statusda xərcləyir?


Geri qayıt