Əsas Səhifə > Güney Press > Paşinyan separatçıları bir-bir “dənləyir”
Paşinyan separatçıları bir-bir “dənləyir”Dünən, 10:48 |
Ermənistanda Vahran Xorxorununun qətlinin “aydınlaşdırılması” adı altında Ermənistan hakimiyyətinin hədəfinə bu dəfə keçmiş separatçı rejimin “müdafiə ordusu”nun “komandan”ı Samvel Babayan düşüb. Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Erməni nəşrinin yazdığına görə, bu cinayət işi çərçivəsində saxlanılan şəxslərdən biri Babayanın şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Sasun Aruşanyandır. Baxmayaraq ki, Aruşanyanla Babayanın münasibətlərinin sonradan pozulduğu deyilir, lakin bu əlaqə onun məsuliyyətə cəlb edilməsinin əsas motivlərindən biri kimi göstərilir.
Bu narazılıq Paşinyana çatdırıldıqdan sonra o, Babayanı “cəzalandırmaq” qərarına gəlib. Siyasi müşahidəçilər bu prosesi onun özünü Paşinyanın siyasi planlarında yararsız fiqur kimi göstərməsi ilə əlaqələndirirlər. Analitiklər hesab edir ki, Babayanın ətrafındakı şəxslərin hədəf alınması, həmçinin onun imicinin zədələnməsi Paşinyan hakimiyyətinin siyasi strategiyasının bir hissəsinə çevrilib. Geri qayıt |