Əsas Səhifə > Güney Press > Bu şirkət yenidən təşkil olunacaq

Bu şirkət yenidən təşkil olunacaq


Dünən, 08:55

“Sumqayıt Ərzaq-1973” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq avqustun 25-nə təyin olunub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. ASC-nin ayırılma şəklində yenidən təşkili.

2. Ayırılma şəklində yenidən təşkil edilən ASC-nin bölünmə balansının təsdiq olunması və ayırılmış əmlakın təhvil verilməsi.

3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-nin təsis olunmasına və nizamnamə kapitalının formalaşmasına razılığın verilməsi.

4. ASC-yə məxsus səhmlərin bir hissəsinin ləğv edilməsi və

dövriyyədən çıxarılması.

5. Digər məsələlər.


Geri qayıt