Əsas Səhifə > Güney Press > Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR

Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR


Bu gün, 11:06

Rusiyanın paytaxtı Moskvada mindən çox miqrantın qanunsuz leqallaşdırılmasında şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Rusiya Qvardiyasının mətbuat xidmətinin iyulun 21-də verdiyi məlumata görə, saxlanılan şəxslərdən dördü mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz fəaliyyətlə məşğul olub. Əməliyyatı OMON və FSB (Federal Təhlükəsizlik Xidməti) birgə keçirib.

İstintaqın məlumatına görə, qrup üzvləri saxta miqrasiya kartları və miqrantların Rusiyada 90 günə qədər qalmasına imkan verən saxta iş icazələri hazırlayıblar. Bu fəaliyyətdən əldə edilən gəlir minimum 2 milyon rubl olaraq qiymətləndirilir.

Rosqvardiya bildirir ki, saxlanılanlar 47 yaşlı Məmmədov İ.Q., 62 yaşlı Mustafayev Q.U., 62 yaşlı Rəcəbov A.R. və 34 yaşlı G.A Rəcəbli dir. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları saxta sənədlərin hazırlandığı iki gizli laboratoriyanı aşkar edərək zərərsizləşdiriblər. Həmçinin kompüterlər, möhürlər, məlumat bazaları, Mərkəzi Asiya ölkələri vətəndaşlarına məxsus pasportlar və digər qanunsuz fəaliyyətə dair sübutlar müsadirə edilib.

İdarənin İstintaq Xidməti qrup üzvlərinin hərəkətlərini Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (qanunsuz miqrasiyanın təşkili) ilə cinayət kimi təsnif edib.

Moskvanın Çertanovski Rayon Məhkəməsi təqsirləndirilən şəxsləri ittiham olunan cinayətdə təqsirli bilib. Məhkəmə İ.G. Məmmədovu 5 ilədək, A.R. Rəcəbovu, G.A. Rəcəblini 4 il, G.U. Mustafayevi isə 2 ilədək müddətə azadlıqdan məhrum edib.


Geri qayıt