Əsas Səhifə > Güney Press > Fərdi əmək mübahisələri...
Fərdi əmək mübahisələri...Bu gün, 08:48 |
Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri aşağıdakı qaydada tənzimlənir:
1. Müəssisədə: "Fərdi əmək mübahisələrinə baxan Komissiya" varsa, hüququ pozilan işçi hüququnun pozulduğunu aşkar etdiy düigün etibarən - 3 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
2. Aşağıda göstərilən hallardan"başqa qalan bütün hallarda, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi, hüququn pozulduğu aşkar etdiyi gündən etibarən - 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün,işçiyə müvafiq əmrin əmək kitabçasının və haqq - hesab sənədlərinin verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində - Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
5.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
6. İşəgötürən - Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən -1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanınvurulmasın aşkar etdiyi gündən müraciət edə bilər.
7. İddia müddətləri - üzürlü ola səbəblərdən, iddiaçının xəstələnməsi və ya ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdəolma yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəymahiyyəti üzrə baxa bilər.
8. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilır. İddia ərizəsinə Mediasiyada baxılmamüddətl iddia müddətinə daxil olmur.
İddiaçının «yaxın qohumu» dedikdə işçinin: atası, anası, babası, nənəsi, əri (arvadı), uşaq və bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkialtının
Eksperti - (dia-az.pro)
Geri qayıt |