Əsas Səhifə > Güney Press > Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır

Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır


Dünən, 17:59

Səhiyyə sahəsində təminat və təchizatla məşğul olan "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi iki yeni tender müsabiqəsi elan edib. Satınalmalar tibb müəssisələrinin ehtiyac duyduğu material və məhsullarla bağlıdır.

FED.az xəbər verir ki, birinci tender "tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahi sapların alınması" ilə bağlıdır. Layihənin ümumi ehtimal olunan dəyəri 3 milyon 690 min 67 manat 66 qəpik təşkil edir. Müsabiqə 21 iyul 2025-ci il saat 16:07-də dərc olunub. Təkliflərin təqdim olunması üçün son tarix 18 avqust 2025-ci il saat 17:30-a kimidir. Həmin gün və saatda tender zərflərinin açılışı da baş tutacaq. İştirak haqqı 1000 manat müəyyən olunub.

İkinci tender isə "tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərf mallarının (Lot 4) alınması" məqsədi daşıyır. Bu satınalmanın ehtimal olunan dəyəri 84 min 463 manat 99 qəpik-dir. Müsabiqə 21 iyul 2025-ci il saat 16:05-də elan olunub. Təkliflər 11 avqust 2025-ci il saat 17:00-a qədər təqdim edilə bilər və eyni tarixdə saat 17:00-da zərflərin açılışı nəzərdə tutulur. Bu tender üçün iştirak haqqı 169 manatdır.

Hər iki tenderlə bağlı əlavə məlumat almaq istəyənlər Böyük məsləhətçi Nigar Yusifova ilə əlaqə saxlaya bilərlər.
E-mail: [email protected]

Telefon: +994 12 310 17 70


Geri qayıt