Əsas Səhifə > Güney Press > Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətəDünən, 16:22 |
Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasına dair tenderin nəticəsini açıqlayıb. "DİA-AZ" 32gun.az-a istinadən xəbər verir ki, qalib "VEGA TRAVEL MANAGEMENT" MMC olub. Tərəflər arasında 847.319,06 manatlıq müqavilə bağlanacağı gözlənilir. Bu şirkətin qanuni təmsilçisi Əmrah Rəhimli Natiq oğludur. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Qeyd edək ki, Agentliyin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət vermişdi. Geri qayıt |