Əsas Səhifə > Güney Press > İşçilərin əmək hüququ bu hallarda da pozulur...
İşçilərin əmək hüququ bu hallarda da pozulur...Dünən, 08:36 |
Bu hallarda da işçilərin əmək pensiyası hüququ pozulur:
Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə və ya əmək qabiliyyəti bərpa olunduqda, əmək pensiyasının verilməsi müddəti necə tənzimlənir?
Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir.
Təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır.
Lakin,Praktikada Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun bu tələbinə əməl edilmir, Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən
təyin edilmir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkialtının
Eksperti - (dia-az.pro)
Geri qayıt |