Əsas Səhifə > Güney Press > Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir

Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir


Dünən, 17:52

Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətini başa vurmuş əsgərlər Bakıya gələ bilmir.

Buna səbəb isə Naxçıvandan Bakıya gələn təyyarə reyslərinə bilet tapılmamasıdır.

Bu barədə Gununsesi.info-ya övladları Naxçıvanda hərbi xidmət kecən ailələr bildirib.

Onların sözlərinə görə, artıq bir necə gündür ki, hərbi hissə komandanlığı onların övladlarını təxris etmir: “Hərbi hissəyə zəng edirik, deyirlər ki, Naxçıvandan Bakıya olan təyyarə reyslərinə bilet tapılmır”.

Məsələ ilə bağlı Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) mövqeyini öyrənməyə hazırıq.


Geri qayıt