Əsas Səhifə > Güney Press > Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi

Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi


Bu gün, 10:46

Rusiyanın Tümen Vilayət Məhkəməsi 11 il əvvəl 2 saylı Regional Klinik Xəstəxanada xəstəyə hücum edən iki Azərbaycan vətəndaşına qiyabi hökm çıxarıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hökmə əsasən Nəsimi Paşa oğlu Əmiraslanov cəzasını ciddi rejimli müəssisədə çəkmələ 15 il, Bəhruz Rəhim oğlu Nəbiyev isə 16 il müddətinə azadlıqdan məhrum edilib. Cəza məhkumların Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təhvil verildiyi gündən qüvvəyə minir. Hər iki müttəhim federal axtarışa verilib.

Qeyd olunur ki, 2014-cü il mayın 29-da axşam saatlarında Tümen şəhərindəki “Baku” kafesində dava düşüb, nəticədə kişilərdən biri bıçaq xəsarəti alıb. Zərərçəkmiş 2 saylı Rayon Kliniki Xəstəxanasına çatdırılıb. Onun düşmənləri də daha sonra eyni xəstəxanaya aparılıb.

Əmiraslanov və Nəbiyev burada yoldaşlarının ölümündə yaralının günahkar olduğunu düşünərək xəstəxanada ona hücum ediblər. Onu çarpayıdan yerə atıb təpikləyiblər, sonra isə oturacaqla vurublar. Bundan sonra onlar zərərçəkmişi çölə çıxararaq boynundan və sinəsindən bıçaqlayıblar. Onlar tibb müəssisəsində zərərçəkmişi xilas edə bilməyiblər.


Geri qayıt