Əsas Səhifə > Güney Press > Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadıBu gün, 10:40 |
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin laboratoriya reaktivlərinin və istismar materiallarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub. Pravda.az-ın xəbərinə görə, qərarı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib. Səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Tenderin ümumi dəyəri 379 114 AZN olub. Geri qayıt |