Əsas Səhifə > Güney Press > Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb
Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıbBu gün, 11:37 |
Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi ötən illərdə törədilmiş qətldə ittiham olunan azərbaycanəsilli şəxslərin - Səfərov qardaşları (5 nəfər) və Əhliman Gənciyevin istintaq təcridxanasında həbs müddətini uzadıb. “Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məhkəmələrin birləşmiş mətbuat xidmətinə istinadən məlumat yayıb. "Materialları nəzərdən keçirən məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 19 oktyabr 2025-ci il tarixinədək uzadıb", - məlumatda bildirilib. Geri qayıt |