Əsas Səhifə > Güney Press > Paşinyan yeni katolikos axtarır

Paşinyan yeni katolikos axtarır


Dünən, 17:10

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin yeni katolikosu üçün namizəd axtarır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan RIA Novosti-yə açıqlamasında bildirib.

"Baş nazir erməni kilsəsində parçalanma yaratmaq istəyir, amma buna nail ola bilməyəcək",- Abramyan qeyd edib.

Onun sözlərinə görə, Paşinyan 2026-cı il seçkiləri ərəfəsində Erməni Apostol Kilsəsinin özünə qarşı olan seçiciləri birləşdirəcəyindən qorxur.


Geri qayıt