Əsas Səhifə > Güney Press > ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edibDünən, 17:44 |
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. APA "Middle East Eye"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat vurğulayıb. Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu vurğulayıb. Geri qayıt |