Əsas Səhifə > Güney Press > "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıbBu gün, 14:26 |
2024-cü ildə əhalinin "AccessBank"dakı əmanətlərinin həcmi azalıb. Teleqraf xəbər verir ki, bu barədə bankın maliyyə auditi hesabatında bildirilib. Qeyd olunub ki, qurumun müştərilər qarşısında öhdəlikləri 2024-cü ilin əvvəlindəki 1 milyard 78 milyon manatdan 1 milyard 56 milyon manata düşüb. Əsas azalma fiziki şəxslərin və sahibkarların bankdakı yığımlarında baş verib. 2023-cü illə müqayisədə 2024-cü ildə fiziki şəxslərin bankadı vəsaitlərinin depozit portgelindəki payı 1, fərdi sahibkarların isə 2 faiz azalıb. Fiziki şəxslərin cari hesabları ötən ilin əvvəlindəki 130 milyon 338 min manatdan ilin sonunda 101 milyon 874 min manata, müddətli depozitləri isə 726 milyon 766 min manatdan 677 milyon 265 min manata düşüb. Sahibkarların cari hesabları isə ötən ilin əvvəlindəki 63 milyon 672 min manatdan ilin sonunda 45 milyon 524 min manata qədər enib. Nəzərə alsaq ki, banklar əsasən müştəri əmanətləri hesabına maliyyələşir, portfeldə azalan vəsaitlərin fonunda qurumun borc öhdəlikləri artıb. Yeri gəlmişkən, 31 dekabr 2024-cü il tarixinə müştərilər qarşısında öhdəliklərin 117 milyon 575 min manatını və ya 11%-ni (2023: 93,139 min AZN və ya 9%) 10 ən iri müştəri qarşısında öhdəliklər təşkil edirb. 31 dekabr 2024- cü il tarixinə müştərilər qarşısında öhdəliklərin 22%-i (2023: 19%) xarici valyutalarda denominasiya edilib. Digər diqqəti çəkən məqam bankın borc öhdəliklərinin artmasıdır. Maliyyə qurumunun borcları 2023-cü ilin sonundakı 84 milyon 489 min manata qarşı 2024-cü ilin sonunda 166 milyon 874 min manat təşkil edib. Dövlət fondlarından cəlb edilmiş borclar 2024-cü ilin əvvəlindəki 30 milyon 670 min manatdan ilin sonunda 46 milyon 495 min manata, əsas borc öhdəlikləri isə 51 milyon 826 min manatdan 120 milyon 379 min manata yüksəlib. Bank 2024-cü il ərzində yerli və xarici kredit təşkilatlarından ümumilikdə 92 milyon 342 min manat məbləğində yeni borc vəsaiti cəlb edib. Bunun da 73 milyon 100 min manat ekvivalentində olan hissəsi xarici kredit təşkilatlarından alınan borclardır. Maliyyə hesabatında daha önəmli məqam "AccessBank"ınsəhmdar kapitalının azalmasıdır.Belə ki, bank 2024-cü il ərzində səhmlərin sayında dəyişiklik edilmədən, bir səhmin nominal dəyərinin 4.25 manatdan 2.00 manata qədər azaldılmasına dair Bank tərəfindən Mərkəzi Bbanka müraciət edilməsidir. Bu müraciət AMB tərəfindən təsdiqlənib. Nominal dəyərin azaldılması nəticəsində Bankın nizamnamə kapitalı 121 milyon 750 min manat təşkil edib. Qalan 136 milyon 968 min manat isə əvvəlki dövrün zərərləri ilə əvəzləşdirilmək üçün bölüşdürülməmiş mənfəətə yönəldilib. Xatırladaq ki, 31 dekabr 2023-cü il tarixində bankın buraxılmış nizamnamə kapitalının qeydə alınan nominal dəyəri 258 milyon 718 min manat təşkil edib. Qeyd edək ki, “AccessBank”da Asiya İnkişaf Bankı (ADB) 19,90%, Avropa İnvestisiya Bankı (EIB) 17,39%, Beynəlxalq Maliyyə Korporasiyası (BMK) 16,56%, Niderland İnkişaf Bankı (FMO) 9,41%, Avstriya İnkişaf Bankı (OeEB) 9,17%, İnkişaf etməkdə olan bazarlar üçün İsveçrə İnvestisiya Fondu AG 8,89%, “MultiConcept Fund Management S.A” şirkəti 7,11%, ResponsAbility SICAV (Lux) fondu 5,18%, Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu 2,78%, Green for Growth Fund, Southeast Europe S.A. fondu 1,77% səhmə sahibdir. Geri qayıt |