Əsas Səhifə > Güney Press / Manşet > "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..."

"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..."


Dünən, 17:00

Şəki şəhər sakini Kərimov Mirəli Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçi “Azərbaycan Beynəlxalq Bank”ın əməkdaşı tərəfindən aldadıldığını iddia edir:

“Mən, Kərimov Mirəli Həsən oğlu, "Azərbaycan Beynəlxalq Bank“-dan 3500 manat kredit götürmüşdüm. Orada mənə təklif olundu ki, səhm qoyum. Mən də maraqlandım, dedilər ki, ən aşağısı 27 faiz gəlir götürəcəksən. Dedilər ki, bir ildən sonra bankda nə qədər qazanc olursa, sizə də oradan pay düşəcək.

İl tamam oldu, bankdan səs-soraq çıxmadı. Banka gəlib səhmimlə maraqlandım. Bildirdilər ki, cəm 4 manat 2 qəpik faiz gəlib.

Mən dedim ki, bəs siz demişdiniz 15 faiz gəlir olacaq? Üstəlik, deyirdiniz ki, bir aydan, iki aydan sonra istəsəniz o 27 faizi geri ala bilərsiniz? Doğru-düzgün cavab ala bilmədim.

Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər.

Səhm adı çəkilən kimi gömrükdən keçirsənmiş kimi başlayırlar adamı yoxlamağa. 68 yaşlı adamam, məni bu yaşımda 50 dəfə aparıb-gətirdilər. Hər həftə vaxtı uzatdılar. Hazırda isə bankda 27 manatım qalıb.

Bankın rəhbər şəxsi isə deyir ki, evdə başı çıxan adam yoxdursa, hər gün telefonunu gətir, biz də orda lazım olanı edək. Mən deyirəm ki, gedib-gələ bilmirəm, onlar deyir gəl.

220 manat pensiya alıram. Gözüm olduqca zəifdir. "Gedib-gələ bilmirəm ay bala, mənim pulumu verin", - dedikcə sanki eşitmirlər. "Hər gün telefonu gətirsən, az-az sənin pulunu verəcəyik", - deyirlər və yaxud da özüm evdə onlar dediyini etməliyəm. Bir sözlə, 68 yaşımda "ABB bank"ın əməkdaşı tərəfindən aldanılmışam.

Mənim banka borcum qalsaydı, bank məni həmin 27 manatdan ötrü məhkəməyə belə verərdi. Amma biz vətəndaş qoyduğumuz pulu bankdan götürə bilmirik".


Geri qayıt