Əsas Səhifə > Güney Press > Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi
Qadın verdiyi 20 min borcu istədi, şantaj edildiBu gün, 15:16 |
Bakıda qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb. “Qafqazinfo”nun xəbərinə görə, Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışının ona hədə-qorxu gəldiyini bildirib. Onun sözlərinə görə, tanışına verdiyi 20 min manat pulunu geri istəyib, bu zaman həmin şəxs ona barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |