Əsas Səhifə > Güney Press > Qalmaqallı imtahanda
Qalmaqallı imtahandaBu gün, 14:00 |
Xəbər verdiyimiz kimi, 25-27 iyun tarixlərində lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil edilən qəbul imtahanının nəticələri açıqlanıb. "Cebheinfo.az" Təhsil İnstitutuna istinadən xəbər verir ki, nəticələr iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bildirilib ki, ümumilikdə 29 375 şagird qeydiyyatdan keçib. Ölkə üzrə 52 müxtəlif mərkəzdə 26 619 şagirdin iştirakı ilə imtahan prosesi uğurla təşkil edilib. İmtahanın gedişində qayda pozuntuları aşkar edilib, məsul şəxslər tərəfindən aktlaşdırılıb və pozuntuya yol verən şagirdlərin nəticələri təlimata uyğun olaraq ləğv edilib. Nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb. Araşdırmanın aparılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunda müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək. Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir. “Cebheinfo.az” xəbər verir ki, sözügedən imtahan ümumilikdə qalmaqallarla yadda qalıb. Belə ki, əvvəlcə lisey və gimnaziyaların 5 və 6-cı siniflərə mərkəzləşdirilmiş qaydada imtahan ləvğ edilib. Valideynlərin kütləvi narazılığından, etiraz aksiyalarından sonra bu tədris ili üçün istisna olaraq 5 və 6-cı siniflərə də qəbul imtahanı keçirilib. Bu dəfə də imtahanın gedişi ilə bağlı narazılıq yaranıb. Belə ki, sosial şəbəkələrdə imtahan suallarının bəzi kurslara satıldığı, bəzi şagirdlərin 1 saat müddətinə sualları cavablandırdığı və buna görə də yüksək bal topladığı iddiaları ortaya çıxdı. Təhsil İnstitutunda iddalarla bağlı araşdırmalar başladı. Valideynlərin “Cebheinfo.az”-a verdiyi məlumata görə, maksimum 50 baldan 45 bal toplayan şagirdlərin nəticələrinin yenidən araşdırılması barədə valideynlərə müvafiq mesaj göndərilib və əlaqə saxlanılması üçün mobil nömrə təqdim olunub. Geri qayıt |