Əsas Səhifə > Güney Press > "Oğullarım əcnəbi xanımla ailə qurublar"

"Oğullarım əcnəbi xanımla ailə qurublar"


Bu gün, 12:32

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov həyat yoldaşı və gəlinləri haqda danışıb.


Axşam.az xəbər verir ki, E.Məmmədyarov bu haqda iş xanımı Ruhi Əliyevanın yutub layihəsində danışıb. O bildirib ki, xanımı çalışmır:

"İki övladım da əcnəbi xanımla ailə qurub. Bir gəlinim sinqapurludur. Onlara etiraz etmədim, özləri seçib, özləri təhsil alıb. Tam sərbəstdilər. Hələ nəvəm yoxdur. Həyat yoldaşım isə kimyaçıdır, çalışmır, ev xanımıdır.

Oğluma toy edəndə sosial şəbəkədə yazmışdılar ki, Allah xoşbəxt etməsin. Sistemimizdən istifadə edib, qadını tapdım. Dedik ki, Azərbaycan xalqına yaraşmaz. Dedi ki, paxıllıq çəkirəm, ona görə yazmışam".


Geri qayıt