Əsas Səhifə > Güney Press > Havanın yağmursuz olacağı gözlənilir
Havanın yağmursuz olacağı gözlənilirBu gün, 12:14 |
Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən "DİA-AZ"a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturugecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Geri qayıt |