Əsas Səhifə > Güney Press > Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib
Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilibBu gün, 11:49 |
Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının başından güllə yarası alan hərbçisi "Gümrü" tibb mərkəzinə çatdırılıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə tibb mərkəzinin mətbuat xidməti məlumat yayıb. Hərbçi iyulun 10-da təxminən saat 19:00-da son dərəcə ağır vəziyyətdə çatdırılıb və o əməliyyat edilib. Bildirilib ki, 23 yaşlı Aleksey G. reanimasiya şöbəsindədir, onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Gümrüdə hərbçinin özünü başından güllələdiyi barədə məlumat yayılır. Digər təfərrüatlar bildirilmir. Geri qayıt |