2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29642,0 milyon manatlıq, o cümlədən 16262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yyaıb. Bildirilib ki, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb. “2025-ci ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,8 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda isə 4,2 faiz artıb. 2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb”, - məlumatda deyilir.
Geri qayıt
|