Əsas Səhifə > Güney Press > Getdikcə azalan SƏNƏT SEVGİSİ

Getdikcə azalan SƏNƏT SEVGİSİ


Dünən, 12:30

“Bəzən televizorda baxırlar aktyorlara, deyirlər, yəqin, bunlar qaz vurub, qazan doldurur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Valeh Kərimov deyib.

Aktyor indi gəncləri sənəti püxtələşdirməkdən çox, dolanışığən maraqlandırdığını bildirib:

“Adam bir qızı sevəndə, o qızdan ötrü canını da qurban verir, atasını, anasını da… Sənət də belədir, sənəti sevirsənsə, hər şeyi qurban verməlisən. Amma yaşamaq da, dolanışıq da lazımdır. Kimsə görəndə ki, bu sənətdə pul yoxdur, gedib pul olan sənətdən yapışacaqlar. Bəzən televizorda baxırlar aktyorlara, deyirlər, yəqin, bunlar qaz vurub, qazan doldurur. Amma bu sənətə gələndən sonra görürlər o deyil, başqa işə gedirlər. Yəni indi gənclər seçdiyi sənətə iş, qazanc yeri kimi baxır, nəinki sənət kimi. Çünki dolanışığı düşünürlər, bu da təbiidir. Buna görə də onları qınamıram. Əsas odur ki, yaxşı sənətkar olasan. Yaxşı sənətkar hər sahədən pul qazana bilir – dəllək də, dəllal da, dülgər də, aktyor da, yazıçı da…”


Geri qayıt