Əsas Səhifə > Güney Press > Mülayim şərq küləyi əsəcək
Mülayim şərq küləyi əsəcəkDünən, 12:21 |
İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə "DİA-AZ"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturugecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq. Geri qayıt |