Əsas Səhifə > Güney Press > İrəvanda “Daşnaksütyun”a qarşı əməliyyat aparıldı
İrəvanda “Daşnaksütyun”a qarşı əməliyyat aparıldıDünən, 10:47 |
Ermənistanda "Daşnaksütyun" partiyasının gənclər təşkilatının üzvlərinin evlərində axtarışlar aparılıb. Onların hamısı Ermənistanın İstintaq İdarəsinə aparılıb. Teleqraf xəbər verir ki, bu barədə parlamentdəki müxalif "Ermənistan" fraksiyasının deputatı Artur Xaçatryan bildirib. Deputat deyib ki, o, partiyanın üzvü Geqam Manukyanın evində keçirilən axtarış zamanı orada olub və onun oğlu Taron Manukyanın saxlanılmasının şahidi olub. "Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatın və onun oğlunun telefonlarını, eləcə də bir neçə şəxsi əşyasını müsadirə etdilər",- o qeyd edib. Artur Xaçatryan sözlərinə görə, partiyanın gənclər birliyinin daha 4-5 üzvü də İstintaq İdarəsinə aparılıb. Geri qayıt |