Əsas Səhifə > Güney Press > Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi
Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işiDünən, 10:17 |
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Akif Səfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb. APA-nın Rusiya bürosu xəbər verir ki, iyunun 29-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Səfərov Akif Möhbalı oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətini təmin edib. İbtidai istintaq orqanları ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "g" bəndi ("Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş adam öldürmə") ilə ittiham irəli sürüb. Qərardan müdafiə tərəfi apellyasiya şikayəti verib. Sverdlovsk vilayət məhkəməsi iş materiallarına baxarkən apellyasiya instansiyasında ona baxılmasına mane olan halları müəyyən edib. Məhkəmə materialı apellyasiya baxışından çıxarılıb və səhvlər aradan qaldırılması üçün Yekaterinburqun Leninski Rayon Məhkəməsinə qaytarılıb. Geri qayıt |