Əsas Səhifə > Güney Press > Rubio Lavrovala görüşmək istəyir

Rubio Lavrovala görüşmək istəyir


Dünən, 10:08

İyulun 10-da ABŞ-nin Dövlət katibi Marko Rubio Malayziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər nazirləri Toplantısı çərçivəsində Rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin yüksək vəzifəli məmuruna istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Məlumatda həmçinin görüşdə Çinin Xarici İşlər naziri Van İnin də iştirakının gözlənildiyi bildirilir. Hərçənd, Marko Rubionun rusiyalı və çinli həmkarları ilə görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.

Bununla belə, Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Marko Rubio ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda görüşü məsələsinə baxıldığını açıqlayıb.

“Bəli, təsdiqləyirəm: belə bir görüş hazırlanır”, - Zaxarova deyib.

Xatırladaq ki, iyun ayında Rusiya XİN Lavrovun və amerikalı həmkarı Rubio ilə daimi əlaqədə olduqlarını bildirmişdi. Onlar artıq yeddi telefon danışığı aparıblar və fevral ayında Ər-Riyadda şəxsən görüşüblər. İki ölkənin diplomatiya idarələrinin rəhbərləri arasında ünsiyyət Ukrayna və münaqişənin həlli yollarının axtarışı ilə bağlıdır.

Geri qayıt