Əsas Səhifə > Güney Press > Yekaterinburqda saxlanılan Ayaz Səfərovun
Yekaterinburqda saxlanılan Ayaz SəfərovunDünən, 09:26 |
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ayaz Səfərov barəsində çıxarılan həbs qətiimkan tədbirindən apellyasiya şikayəti verilib. APA-nın Rusiya bürosu xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsi A. Səfərovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minib. Məhkəmədən bildirilib ki, Ayaz Səfərov həbsdə qalacaq. Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsinin 29 iyun 2025-ci il tarixli qərarı ilə Səfərov Ayaz Möhbalı oğlu barəsində 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq orqanları Səfərovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 maddəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş qətl”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham ediblər. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Geri qayıt |