Əsas Səhifə > Güney Press > Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur...
Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur...Dünən, 09:13 |
İlin sonunadək Hindistandan Rusiyaya 1 milyon nəfərədək əmək miqrantı gətiriləcək. Köç prosesini kurasiya etmək üçün Hindistan yeni konsulluq da açır. Sizcə harada? Bəli, həmin Yekaterinburq şəhərində. Bir tərəfdən miqrantlar döyülür, öldürülür, qovulur, sıxışdırılır, digər tərəfdən isə Hindistandan yeniləri gətirilir. Verilən məlumata görə, hindlilərə Şri-Lanka və Şimali Koreydan qoşulanlar da olacaq.
Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin deyib ki, istehsal sahələri boş qaıb və gələn miqrantlar əsasən bu sahələrə yerləşdiriləcəklər. Öz mütəxəssisləri Ukraynada döyüşdədirlər (oxu:artıq ölüblər), zavod və fabriklərin isə işləməsi lazımdır.
Bu o deməkdir ki, Rusiya "əsəbləşib", postsovet məkanına naz edir və 5-10 ildən sonra əhalisinin gözlərinin qıyıqlaşması və rənginin Benqal rəngi alacağını göz önünə alıb bu gərara gəlib.
Çökəndə də kişi kimi çökəsən gərək...
Rüstəm Qaraxanlı - "DİA-AZ"
Geri qayıt |