Əsas Səhifə > Güney Press > Bu şirkətin külli miqdarda vergi borcu var imiş
Bu şirkətin külli miqdarda vergi borcu var imişBu gün, 06:52 |
Üzümçülük və şərabçılıqla məşğul olan “Naiqin -K Tovuz-Baltiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb. "32gun.az" xəbər verir ki, şirkətin dövlətə borcu 363 min manatı ötüb (yəni 363 min 827 manat 76 qəpik) Şirkətin qanuni təmsilçisi Rakif Tağıyev Musa oğludur. O, həmçinin icraçı direktor vəzifəsini də icra edir.Qeyd edək ki, şirkətin təsisçisi və baş direktoru Naiq Məmmədhəsənov, onun qızı Günel Məhəmmədhəsənova da rəhbər postdadır. Günel Məmmədhəsənova eyni zamanda “Tovuz-Baltiya” MMC-nin Fransadakı nümayəndəliyi olan “Azeri-Frans” şirkətinin də baş direktorudur. Geri qayıt |