Əsas Səhifə > Güney Press > Tələbələrin köçürülməsi prosesinə start verilir
Tələbələrin köçürülməsi prosesinə start verilirDünən, 17:21 |
2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. Bu barədə APA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər. https://e-qanun.az/framework/56513 https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi Geri qayıt |