Əsas Səhifə > Güney Press / Ana xəbər > “Kral” kolbasası istehsal edən şirkət ölkəyə zərərli yağlar gətirir
“Kral” kolbasası istehsal edən şirkət ölkəyə zərərli yağlar gətirir12-05-2014, 16:31 |
|
Ölkədə istehsal edilən kolbasaların keyfiyyəti ilə bağlı dəfələrlə araşdırmalar aparılıb və ürək açmayan nəticələr ortaya çıxıb. Hətta bəzi kolbasaların ölmüş heyvan ətindən hazırlandığıda ortaya çıxıb. Söhbət “KRAL” kolbasalarının hazırlanmasından gedir. DİA.AZ TİA.AZ-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda iş adamı kimi fəaliyyəti göstərən Ağahəmid adlı şəxs “Kral” kolbasalarının hazırlanmasında mühüm rol oynayır. Belə ki, o, iş adamı olaraq Ukraynadan aşağı keyfiyyətli, faiz göstəricisi 52 faiz olan yağ gətirməklə məşğuldur. Gətirilən yağlar isə Nərimanov rayon Əhməd Rəcəbli küçəsində yerləşən iki qaraşjda saxta etiketlərlə qablaşdırılır və 82 faizlik yağ adı ilə “Kral” kolbasalarını istehsal edən müəssisəyə satır. Həmin məlumatda iddia edilir ki, “Kral” kolbasalarını istehsal edən müəssisədə bir neçə nəfərlə gizli şəkildə bu əməliyyatı həyata keçirən Ağahəmid adlı şəxs etiketləri və digər lazımi sənədləri elə öz müəssisəsində Sevinc adlı şəxsin vasitəsi ilə hazırladır və bunu originaldan fərqləndirmək çox çətindir. Mütəxəssislər bildirir ki, gətirilən bu yağlar insan orqanizmi üçün yetərli qədər ziyanlıdır və bunların ərzaq məhsullarında istifadəsi sadəcə olaraq qadağandır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |