Əsas Səhifə > Güney Press > Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi

Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi


Bu gün, 12:15

Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan dərman preparatları, tibbi ləvazimatlar və sərfiyyat materiallarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

Satınalmanın dəyəri 5 579 094 AZN olub.


Geri qayıt