Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qorxmaz Hüseynovun nurçularla ortaq layihələri araşdırılır

Qorxmaz Hüseynovun nurçularla ortaq layihələri araşdırılır


12-05-2014, 16:11
Qorxmaz Hüseynovun nurçularla ortaq layihələri araşdırılır
DİA.AZ: - «Daha iki məmur «nurçularla» əlaqəsinə görə vəzifəsindən azad ediləcək». Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, neçə müddətdir davam edən «nurçu ovu» sezonu daha da ciddi məcraya yön almaqdadır.

Məlumatı verən qaynağın sözlərinə görə, konkret olaraq «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov ilk hədəflərdən biridir.

Qeyd edək ki, Qorxmaz Hüseynov «Azərsu»ya rəhbər təyin olunduqdan sonra bir sıra dövlət layihələrinin icrasını Fətullah Gülən cameəsinə aid şirkətlərə həvalə edib. Saxta yolla həyata keçirilən hərrtaclar vasitəsilə nurçular bahalı tenderlərin qalibi elan olunub ki, bunun da müqabilində Qorxmaz Hüseynovun ciddi sərvət əldə etdiyi iddia olunur.

Xəbərlərə görə, artıq Qorxmaz Hüseynovun hesab vermə zamanı yetişib. Dia.az-a bu barədə danışan mənbə iddia edir ki, konkret olaraq Qorxmaz Hüseynovun “Hidro-Lotus” MMC ilə şübhəli əlaqələri artıq hüquqi araşdırmaya götürülüb.

Bu arada dia.az-a daxil olan bir başqa informasiyada isə bildirilir ki, qəfil surətdə Azərbaycanı tərk edən “Hidro-Lotus” MMC-nin aldadılmış, Azərbaycan vətəndaşı olan 100-ə yaxın əməkdaşı əməkhaqqılarını ala bilmədiklərindən məhkəməyə baş vurmağa hazırlaşırlar ki, burada ittiham hədəflərindən biri də məhz Qorxmaz Hüseynovdur.

Geri qayıt